“Barselona”dan ayrıldı, İnyestanın yanına getdi

barselonadan-ayrildi-inyestanin-yanina-getdi
Oxunma sayı: 1545

“Barselona” ilə yollarını ayıran Serji Samper Yaponiyanın “Vissel Kobe” klubuna keçib.

“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 2020-ci ilin yanvarına qədər müqavilə imzalanıb.

“Barselona” akademiyasında yetişən Samper əsasən klubun B komandasında çıxış edib. Onunla professional müqavilə imzalandıqdan sonra 3 mövsüm ərzində əsas heyətdə cəmi 13 dəfə meydana çıxıb.

Qeyd edək ki, “Vissel Kobe” klubunda “Barselona”nın sabiq üzvü Andres İnyesta da forma geyinir.