“Liverpul”dan Filippe Koutinyonu 160 milyon avro qarşılığında heyətinə qatan “Barselona” qış transfer pəncərəsində növbəti keçidini reallaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, Braziliyanın "Palmeyras" klubunda forma geyən Yerri Mina karyerasını "Barselona"da davam etdirəcək. "Barselona" 23 yaşlı müdafiəçini 11,8 milyon avroya heyətinə cəlb edib.
Qeyd edək ki, Mina Kolumbiya millisinin üzvüdür.
Son xəbərlər
Son Xəbərlər