“Barselona”dan qətərli sponsorlarla bağlı açıqlama - 171 milyon…

barselonadan-qeterli-sponsorlarla-bagli-aciqlama
Oxunma sayı: 672

“Körfəz böhranı” ilə əlaqədar dünyanın bir çox yerində Qətərə təzyiqlər davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya mətbuatı “Barselona”nın qətərli sponsorlarla imzaladığı müqavilələr barədə iddialar yazıb.

İspan jurnalistlər həmin müqavilələrin araşdırılmasının lazım olduğunu yazıb.

Buna görə, “Barselona” klubu açıqlama yayaraq 2010-2016-cı illər aralığında qətərli sponsorlardan əldə etdiyi gəlirlər barədə məlumat verib. Klubdan bildirilib ki, 6 il ərzində qətərli sponsorlardan 171 milyon avro gəlir əldə edilib. İllər üzrə qazanclar aşağıdakı kimidir:

- 2010/11 mövsümü - 15 milyon avro;

- 2012/13 mövsümü - 29 milyon avo;

- 2014/15 mövsümü - 37 milyon avro; (5 milyonu Çempionlar Liqası bonusu)

- 2015/16 mövsümü - 33,5 milyon avro;

Klub bu gəlirlərin bütün qəbzlərinin mövcud olduğunu və razılaşmalarını bir kopyalarının da araşdırılmaq üçün polisə təqdim edildiyini açıqlayıb.

Qeyd edək ki, “Barselona” klubunun “Qatar Airways” və “Qatar Foundation” şirkətləri ilə müqaviləsi olub.