“Barselona”nı keçən çempion olur...

barselonani-kecen-cempion-olur
Oxunma sayı: 1631


“Qafqazinfo” xəbər verir ki, 2008-ci ildə “Mançester Yunayted”, 2010-cu ildə “İnter”, 2012-ci ildə “Çelsi” və 2013-cü ildə isə “Bavariya” “Barselona”nı mübarizədən kənarlaşdırdıqdan sonra Çempionlar Liqasının qalibi adına yiyələniblər.

Dünən gecə isə “Atletiko”Madrid “Barselona”nı ¼ finalda məğlub etdi və yarımfinala vəsiqə qazandı. Yuxardakı məntiqi ardıcıllığa diqqət etsək, onda “Atletiko”Madridi bu mövsüm Çempionlar Liqasının qalibi kimi görə bilərik. Təbii ki, bunun əksi də ola bilər və “Atletiko”Madrid yarımfinalda turnirlə vidalaşmaq məcburiyyətində qalar.

Xatırladaq ki, “Atletiko”Madrid Barselona”nı 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində 1-0 hesabı ilə məğlub edərək yarımfinala keçib. İlk oyunun nəticəsi isə 1-1 hesablı bərabərliklə yekunlaşıb


 

İqbal