“Barselona”nın daha bir futbolçusu sıradan çıxdı

barselonanin-daha-bir-futbolcusu-siradan-cixdi-
Oxunma sayı: 649

Qol.Az-ın məlumatına görə, matçın 56-cı dəqiqəsində zədələnən Pedro Rodriqez yerini David Vilyaya buraxmışdı.

Görüşdən sonra tibbi müayinədən keçən Pedronun ən azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Belə olan təqdirdə isə 24 yaşlı futbolçu La Liqanın və Çempionlar Liqasının qarşıdakı oyunlarını buraxmalı olacaq.

Qeyd edək ki, Pedro ilə yanaşı, Karles Puyol və Xerard Pike də qarşıdakı oyunlarda "Barselona"ya kömək edə bilməyəcək.