“Barselona”nın finaldakı rəqibi müəyyənləşdi - Video

barselonanin-finaldaki-reqibi-mueyyenlesdi
Oxunma sayı: 1857

İspaniya kubokunda digər finalçının adı da məlum olub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinal mərhələsinin ilk matçında səfərdə “Betis”lə 2:2 bərabərə oynayan “Valensiya”, cavab qarşılaşmasında 1:0 hesabı ilə qalib gəlib.

Bununla da finalda “Barselona”nın rəqibi “Valensiya” olub.

Qeyd edək ki, “Barselona” yarımfinalda “Real Madrid”i mübarizədən kənarlaşdıraraq finala vəsiqə əldə etmişdi.

“Valensiya” - “Betis” - 1:0

Qol: Rodriqo, 56