“Barselona”nın futbolçusu əməliyyat olundu

barselonanin-futbolcusu-emeliyyat-olundu
Oxunma sayı: 1075

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Filippe Koutinyo sol dizindən əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu alınıb. Braziliyalı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənir.