“Valyadolid”də icarə əsasında çıxış edən “Barselona”nın yarımmüdafiəçisi Mateus Fernandesin koronavirus testi müsbət nəticə verib. “Qafqazinfo” bildirir ki, bu barədə “Mundo Deportivo” yazıb.
Mənbənin məlumatına görə, koronavirus, həmçinin “Valyadolid”in daha iki futbolçusunda, o cümlədən Oskar Planoda aşkarlanıb. Hər üçü karantindədir.
Qeyd etmək lazımdır ki, “Barselona” Fernandesi “Palmeyras”dan alıb, lakin oyunçu dərhal icarəyə göndərilib. O, hələ "Valyadolid"in heyətində çıxış etməyi çatdırmayıb.
Son xəbərlər
Son Xəbərlər