“Barselona”nın “Kamp Nou”ya qayıdışı təxirə salındı

barselonanin-kamp-nouya-qayidisi-texire-salindi
Oxunma sayı: 1761

“Barselona”nın doğma meydanı “Kamp Nou”ya qayıdışı təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Kataloniya klubu 2025-ci ilin mart ayına qədər “Kamp Nou”da oyunları qəbul etməyəcək. Buna səbəb təmir işlərin uzanmasıdır. 

Qeyd edək ki, daha öncə “Barselona” noyabr və ya dekabrda “Kamp Nou”da qayıdacağını açıqlamışdı.

Xatırladaq ki, komanda hazırda ev oyunlarını “Estadi Olimpic Lluis”də keçirir.