“Barselona”nın prezidenti UEFA-nı hədələdi

“Barselona”nın prezidenti UEFA-nı hədələdi
Oxunma sayı: 407

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Rossel ali futbol qurumundan ÇL-in genişləndirilməsini və aparıcı futbol ölkələrində yüksək liqadakı komandaların sayının azaldılmasını istəyir. Onun fikrincə, İspaniya, İtaliya, İngiltərə və digər ölkələrin əsas futbol liqasında komandaların sayı 16-a endirilərsə, Çempionlar Liqasının matçlarını həftəsonu keçirmək mümkündür. Avropa Klublar Assosiasiyasında (AKA) vitse-prezident vəzifəsini tutan Sandro Rossel UEFA-nın bu tələblərə riayət etməyəcəyi təqdirdə 2014-cü ildə UEFA ilə əməkdaşlığa son verəcəklərini bildirib. Qeyd edək ki, UEFA-ya üzv olan 53 ölkədən 201 klub AKA-nın nümayəndəsidir. Assosiasiyanın UEFA ilə müqaviləsi isə 2014-cü ildə başa çatır.

Ceyhun Əhmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi