“Barselona”nın sabiq ulduzu narkotik alverçisi imiş

barselonanin-sabiq-ulduzu-narkotik-alvercisi-imis
Oxunma sayı: 645

ABŞ-ın maliyyə nazirliyi Meksika futbolunun ən tanınmış simalarından olan Rafael Markesə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, buna onun qanunsuz narkotik alveri ilə məşğul olan cinayətkar dəstəylə əlaqəsinin olması səbəb göstərilir. Bu barədə ABŞ-ın maliyyə nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məsələ ilə bağlı 38 yaşlı futbolçu ilə yanaşı daha 20 meksikalıya ittiham irəli sürülüb. Qeyd olunur ki, Markesin narkotik ticarəti ilə məşğul olan cinayətkar dəstələrdən birinin rəhbəri Flores Ernandeslə uzun müddət imiş əlaqə varmış. Təcrübəli futbolçu dəstənin həbs olunmuş üzvlərinə himayədarlıq edib, öz adına bank hesabları açıb. Lakin artıq Markesin ABŞ banklarındakı bütün hesabları dondurulub, onun bu ölkəyə gəlmək üçün vizası ləğv olunub.

Xatırladaq ki, Rafael Meksika yığmasını kapitan kimi dörd dünya çempionatına çıxarıb. O, keçirdiyi oyun sayına görə millinin rekordçusudu. Müdafiəçi karyerası ərzində "Barselona", "Monako", "Nyu-York Red Bullz" kimi klublarda forma geyinib. O, "Barselona" ilə 4 dəfə İspaniya çempionu olub, ölkə kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb. 2016-cı ildən o, Meksikanın "Atlas" klubunda çıxış edir.