“Barselona”nın ulduzu İvan Rakitiç İngiltərə mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən də danışıb.
Xorvat ulduz jurnalistin “Sizin “Barselona”ya getməzdən öncə idealınız kim idi” sualına Prosineçki deyə cavab verib: “Mən uşaq ikən Robert Prosineçkinin “Barselona”da oyununu izləyirdim. O, mənim idealım idi. Hər zaman onun kimi olmağı arzulayırdım və xəyallarım “Barselona”da oynamaq idi. Artıq mən də Prosineçki kimi orda oynayıram”.
Son xəbərlər
Son Xəbərlər