“Barselona”nın yeni kapitanı vəzifəsinə namizədlər məlum oldu

barselonanin-yeni-kapitani-vezifesine-namizedler-melum-oldu
Oxunma sayı: 2752

“Barselona”nın kapitanı Serxio Busketsin yerinə namizədlər məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “As” məlumat yayıb.

Belə ki, Komandanın ilk kapitanı Sergi Roberto olacaq.

O və Busketsdən başqa, Kataloniya klubunun 2022/2023 mövsümündə dörd kapitanı arasında Mark-Andre ter Stegen və Jordi Alba da var idi ki, onlar da tezliklə “Barselona”nı tərk edə bilər. Kvartetin tərkibini Robert Levandovski və Ronald Araujo doldura bilər.