Artur Rasizadə yenidən sədr oldu

artur-rasizade-yeniden-sedr-oldu
Oxunma sayı: 662

“Qafqazinfo”nun Fondun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycanın baş naziri, ARDNF Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-ın 2011-ci il büdcəsinin icrası, Fondun 2012-ci il büdcəsində əlavə və dəyişikliklər edilməsi məsələlərinə baxılıb.

Müşahidə Şurası ARDNF-ın icraçı direktorunun təqdim etdiyi Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2011-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Ernst and Young” şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edib və Fondun 2011-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim etmək barədə qərar qəbul edib.

Müşahidə Şurası Fondun 2012-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunmasını qərara alıb.

Baş nazir A.Rasizadə 2012-ci il üzrə ARDNF Müşahidə Şurasının sədri seçilib.