Artur Rəsizadə Şura sədri seçildi

artur-resizade-sura-sedri-secildi
Oxunma sayı: 838

Fondun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2010-cu il büdcəsinin icrası, Fondun 2011-ci il büdcəsində əlavə və dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.

Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2010-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Ernst ənd Yanq” şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edib və Fondun 2010-cu il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul olunub.
Müşahidə Şurası Fondun 2011-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara almınıb.

A. Rasi-zadə 2011-ci il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Nigar