Azərbaycan Dövlət Musiqili Teatrının baş baletmeysteri Zakir Ağayev doğum gününü qeyd edir.
Teatrın Mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, bu gün Zakir Ağayevin 60 yaşı tamam olur. Bu münasibətlə Musiqili Teatrın konfrans zalında yubiley tədbiri keçirilib.
Təbdbirdə çıxış edən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev Zakir Ağayevin həyat və yaradıcılığından bəhs edib. Ə. Lalayev yubliyarın Musiqili Teatrdakı dəyərli fəaliyyəti ilə yanaşı, ümumilikdə Azərbaycan xoreoqrafiya sənətinə verdiyi töhfələrdən söz açıb.
Tədbirin sonunda Zakir Ağayevin 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən mükafatlandırılması elan olunub və mükafat yubliyara təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər