“Bu zəif zəlzələ deyil. Demək olar ki, orta güclü zəlzələdir. Və dünənki avtoşokdan sonra Rixter cədcəli üzrə 3,7 bal gücündə zəlzələlər qeydə alınıb”
Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O əlavə edib ki, yerdə qalan zəif təkanları isə əhali hiss etməyib:
“Ümumilikdə 60-dan çox avtoşoklar qeydə alınıb. Əsas birinci təkan zamanı güclü enerji ayrılması baş verib. Qeyd edim ki, həmin ocaqda maqnitudası 5,1 və ya ondan yuxarı olan zəlzələ olması ehtimalı yoxdur. Orada Lerik sərhədində aktiv dərinlik qırılması var. Elə vaxtlar olur ki, 1 il ərzində 150-200 zəif təkan olur. İlin əvvəlindən əməkdaşlarımız fiziki tədqiqatlar aparır. Müəyyən olunmuşdu ki, orada gərginlik toplanması var. Ancaq gərginliyin çox olduğunu əvvəlcədən demək qeyri-mümkündür. İnsanlar üçün panika yaranmaması üçün bunu demirdik.
Bizim əməkdaşlarmız da hadisə yerinə gediblər. Hansı zonalarda zəlzələnin gücünün nə qədər olduğunu müəyyən edəcəklər”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər