Bu gün Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli qəzada yaralalanlara baş çəkib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkədə yayıb. O bildirib ki, bir neçə gün öncə Suraxanı rayonu Heydər Əliyev prospektində 171 saylı marşrut xətti üzrə xidmət göstərən "Daewoo" markalı avtobus və "Shacman" markalı yük maşınının iştirakı baş verən ağır yol nəqliyyat hadisəsində yaralanan sərnişinlər 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib. Onları ziyarət edən Vüsal Kərimli hazırki vəziyyətləri ilə maraqlanıb.
Qeyd edək ki, hadisə zamanı 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilən xəstələrin vəziyyəti stabildir. Bakı Nəqliyyat Agentliyi məsələni sonacan diqqətdə saxlayacaq.
Son xəbərlər
Son Xəbərlər