Baş direktordan Şərqi Zəngəzurda işləyən heyətə diqqət

bas-direktordan-serqi-zengezurda-isleyen-heyete-diqqet
Oxunma sayı: 1868

SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Naftalan şəhərində Şərqi Zəngəzurun qaz kəmərlərinin inventarlaşdırılma prosesində əməyi olan Birlik əməkdaşları ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, baş direktor gərgin, məsuliyyətli və şərəfli işlərində İstehsalat Birliyinin işçi heyətinə uğurlar arzu edib və onları mükafatlandırıb.

Qurum rəhbəri bildirib ki, Birliyin fəaliyyəti işğaldan azad edilən ərazilərdə aparılan yüksək səviyyəli quruculuq işlərinə adekvat olmalıdır.

Qeyd edək ki, mükafatlandırılanlar arasında Naftalan şəhəri xidmət sahəsinin əməkdaşları da olub.