Baş həkim təcili yardımın açarını gizlədib iddiasına - Rəsmi cavab

bas-hekim-tecili-yardimin-acarini-gizledib-iddiasina
Oxunma sayı: 3456

Sosial şəbəkələrdə Mingəçevir Mərkəzi Xəstəxanasına təcili tibbi yardım üçün müraciət edən Vətən müharibəsi qazilərinə yardım göstərilməməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı yayılan görüntülərdə iddia olunur ki, qazilər səhhətləri ilə bağlı müraciət etsələr də, xəstəxananın baş həkimi avtomobilin açarını gizlədib. 

Görüntülərdən bir neçə qazinin halının pisləşdiyi, əraziyə digər vətəndaşların və polis əməkdaşlarının toplaşdığı aydın olur. Həmçinin qazilərlə tibb müəssisəsinin əməkdaşları arasında mübahisə yaranıb.  

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor əvəzi Eldar Kərimov “Qafqazinfo”ya bildirib ki, qazi təcili tibbi yardım üçün müraciət edib. O qeyd edib ki, briqadanın həmin məkana getməsi müəyyən zaman almasına qazi tərəfindən sərt reaksiya verilib:

“İyulun 27-si saat 14:40-da Mingəçevir ŞMX PHŞ-in Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış olub. Dispetçer vətəndaşa çağırışdakı briqadalara bu haqda məlumat verəcəyini və stansiyaya qayıtmadan Mingəçevir Şəhər İcra Hakimiyyətinin qarşısındakı çağırışa yönləndiriləcəyini bildirib. Təbii ki, digər xəstənin çağırışında olan Təcili Tibbi Yardım briqadasının həmin məkana getməsi müəyyən zaman alıb. Qazimiz Təcili Tibbi Yardım briqadasının yubanmasına sərt reaksiya verib. Bir neçə qazi Mingəçevir ŞMX PHŞ-in baş həkiminin otağına gəlib və izahat tələb edib. Baş həkim dərhal hadisə yerinə baş çəkib və ehtiyat məqsədilə daha bir təcili yardım briqadası da tələb olunan məkana cəlb olunub”.