Baş həkim vəfat etdi

bas-hekim-vefat-etdi
Oxunma sayı: 5741

Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasının baş həkimi Ziya Əsədov dünyasın dəyişib.

“Qafqazinfo” xəbər verir ki, yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, baş həkim bu gün səhər saat 7:00 radələrində evində ürək tutmasından vəfat edib.

Vida mərasimi "Təzəpir” məscidində keçiriləcək.

Xatırladaq ki, Ziya Əsədov mərhum xalq şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.