Baş həkim vəfat etdi - Foto

bas-hekim-vefat-etdi
Oxunma sayı: 5445

“Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini, baş həkim Eldar Muradov bu gün dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edək ki, Eldar Muradov 3 may 1957-ci ildə anadan olub.

1982-1983-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasında, 1983-1994-cü illərdə rayonun Balçılı kənd xəstəxanasında həkim-pediatr, 1994-cü ildən etibarən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışıb.

2002-ci ildə poliomielit xəstəliyinin ölkədə ləğv edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının gümüş medalı ilə təltif edilib.