Baş həkimdən I qrup Qarabağ əlilinə hörmətsizlik

bas-hekimden-i-qrup-qarabag-eliline-hormetsizlik
Oxunma sayı: 1714


O, "Qafqazinfo"ya açıqlamasında 5 saylı xəstəxananın baş həkimindən şikayətçi olduğunu bildirib: 

"Uzun müddətdir ki, ürək çatışmazlığından və fəqərə sütünumdakı ağrılardan əziyyət çəkirəm. Kordiologiya İnstitutunda müalicə alırdım. Sinir ağrılarım artdığı üçün 5 saylı xəstəxananın Nevrologiya şöbəsində müalicə almalıydım. Bazar günü xəstəxanaya müraciət etdim. Palatalarda yer olmadığı üçün şöbə müdiri Rəna Hümbətova məni həmin gün qəbul etmədi və bu gün gəlməyimi söylədi. Bu gün yenidən xəstəxanaya gəldim. Mənim üçün ayrılmalı olan palata başqasına verilmişdi. Etiraz etdim. Şöbə müdiri baş həkimlə görüşə getdi və mənə daha sonra zəng edəcəklərini dedi. Daha sonra mən Facebook səhifəmdə məsələ ilə bağlı status paylaşdım. Bura jurnalistlər gəldi. Yalnız bundan sonra mənim üçün ayrılmış olan palata boşaldıldı və mən yerləşdirildim. Bunlar hamısı əlillərin dərmanlarla pulsuz təmin edilməsi ilə bağlıdır. Heç bir xəstəxana əlillərə yardım etmək istəmir".