Baş infeksionist yeni ştammın uşaqlara təhlükəsi haqda sualı cavablayıb

bas-infeksionist-yeni-stammin-usaqlara-tehlukesi-haqda-suali-cavablayib
Oxunma sayı: 1703

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusun yeni ştammının uşaqlar arasında hər hansı təhlükə yaratma ehtimalı ilə bağlı sualı cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, o, uşaq kontingentinin risk qrupuna daxil olmadığını bildirib:

“Koronavirus mutasiya edir və bu mutasiyalar çoxsaylıdır. Bir neçə mutasiya adı çəkilir, məsələn, Britaniya ştammı, Cənubi Afrika ştammı və digərləri. Bu mutasiyalar yenə də baş verəcək, bu, təbii prosesdir. Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Xəstəliyinin ağırlığının dəyişməsi, ölüm hallarının artması ilə bağlı fərziyələr öz təsdiqini tapmır. 

Uşaqlar arasında vaksinasiya aparılmır, ona görə ki, bu kontingent risk qrupuna daxil deyil. Burada sadə qaydalara əməl olunması işləkdir və onlara riayət olunmalıdır”. 

Gülnar Əliyeva