Baş məşqçi futbolçusuna “kəllə atdı” - Video

bas-mesqci-futbolcusuna-kelle-atdi
Oxunma sayı: 727

İspaniyanın 2-ci liqasında “Xetafe” və “Hueska” arasında baş tutan “pley-off” matçında qəribə hadisə baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, oyunun 60-cı dəqiqəsində “Hueska”nın yarımmüdafiəçisi Deyvid Lopez əvəzlənib.

O, meydanın kənarına gələrkən baş məşqçi Xuan Antonio Angelaya əsəbiləşib və yerdəki su qabına təpik atıb. Baş məşqçi də buna əvəz olaraq oyunçunun üzərinə yürüyərək ona “kəllə atıb”.

Ehtiyat skamyadakı oyunçular Lopezi çətinliklə tuta biliblər.

Qeyd edək ki, matçı 3-0 qazanan “Xetafe” “pley-off”da finala yüksəlib.