Baş məşqçi hakimi yumruqla vurdu - Video

bas-mesqci-hakimi-yumruqla-vurdu
Oxunma sayı: 3581

İtaliyanın 7-ci divizionunda keçirilən “Karpinyano” - “Oledjo-Kastello” matçında qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, “Karpinyano” klubunun baş məşqçisi Covanni Alozi matç zamanı baş hakim Andrea Felisanın üzünə yumruq vurub.

Buna baş məqşçinin texniki zonadan uzaqlaşdırılması səbəb olub. Baş məşqçi paltardəyişmə otağına getmək əvəzinə, meydana girərək hakimlə mübahisə edib, daha sonra onu yumruqla vurub. Bundan sonra qarşılaşmanın baş hakimi oyunu dayandırıb.

İnsidentin davamında Alozi üzr istəyərək istefa verib.