Baş məşqçi matç zamanı istefa verdi

bas-mesqci-matc-zamani-istefa-verdi
Oxunma sayı: 3480

Brazilya D Seriyasında keçirilən “Real” (Braziliya) – “Brasiliense” matçında qeyri-adi hadisə yaşanıb. 

“Qafqazinfo” “Correiro Braziliense”yə istinadən xəbər verir ki, “Brasiliense”nin baş məşqçisi Paulo Roberto Santos oyun zamanı istefa verib.

Belə ki, mütəxəssis matçın fasiləsində vəzifəsindən ayrılıb. O, klub prezidentinin tənqidlərinə görə bu addımı atıb. 

Qeyd edək ki, matç “Brazilianse”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.