İngiltərənin “Everton” futbol klubun baş məşqçisi Roberto Martines istefaya göndərilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, 42 yaşlı ispaniyalı mütəxəssis “Sanderlend”lə uğursuz oyundan sonra qovulub. Həmin matç “Everton”un 0:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
Qeyd edək ki, Martines komandaya 2013-cü ilin iyunundan rəhbərlik edirdi.
Son xəbərlər
Son Xəbərlər