Baş məşqçi sevinc içində

bas-mesqci-sevinc-icinde
Oxunma sayı: 641

Qol.Az-ın məlumatına görə, bunu “Rabitə” voleybol klubunun baş məşqçisi Zoran Qayiç deyib.

Dohada keçirilən klublararası dünya çempionatında Bakı komandasına ilk cəhdəcə qızıl medal qazandıran serbiyalı mütəxəssis bildirib ki, bu Azərbaycan idmanı üçün yeni bir tarixdir:

"Yetirmələrim həlledici matçda çox əla oynadılar. Onlara ancaq təşəkkür düşür. Bu zəfər tək bizim deyil, bütün Azərbaycan xalqının qələbəsidir. İnanıram ki, klubumuzun prezidenti də bundan çox şad olacaq".

Qeyd edək ki, “Rabitə” finalda “Vakıfbank Günəş TT”nı məğlub etməklə, Çempionlar Liqasındakı məğlubiyyətin də qisasını alıb.