“Qafqazinfo” nun Azerisport.az-a istinadən xəbərinə görə, milli komandanın baş məşqçisinin köməkçiləri, AFFA-nın texniki direktoru, müxtəlif yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləri və klub rəsmilərinin də iştirak etdiyi görüşdə İcraiyyə Komitəsinin Topaz Premyer Liqasının 2014-2015-ci il mövüsümü üçün legioner limiti ilə bağlı qəbul etdiyi qərarla bağlı məşqçilər fikirlərini bildirib, İK-nın martın 7-də keçiriləcək iclasında məsələyə bir daha baxılması barədə təkliflər səsləndirib, legioner limiti ilə bağlı müxtəlif variantlar müzakirə olunub.
Millinin baş məşqçisi Berti Foqts, həmçinin iclasda iştirak edən hər bir klub məşqçisi legioner limiti və ümumilikdə ölkə futbolunun inkişafı ilə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüb.
Son xəbərlər
Son Xəbərlər