“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçirilən turnirin Azərbaycan - Cənubi Koreya oyununda millimizin baş məşqçisi texniki zonadan kənarlaşdırılıb. O, matçın 85-ci dəqiqəsində baş hakimin qərarına etiraz edərək topu təpiklə göyə vurub. Nəticədə o, meydandan kənarlaşdırılıb. Bundan sonra tribunadakı azsaylı azərbaycanlı azarkeşlər hakimin ünvanına nalayiq ifadələr işlədiblər.
Qeyd edək ki, Nikolay Adamın yetirmələri H qrupunda yer alan Cənubi Koreya ilə üz-üzə gəlib. Asiya təmsilçisi millimizə 3 cavabsız qol vurub - 3:0.
Son xəbərlər
Son Xəbərlər