Baş Nazir Azərbaycanda işsizliyin səviyyəsini açıqladı

bas-nazir-azerbaycanda-issizliyin-seviyyesini-aciqladi
Oxunma sayı: 2273

“2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% olub”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin təqdim etdiyi videohesabatda deyib.

Ə.Əsədov bildirib ki, Azərbaycanda işsizliyin səviyyəsi ən aşağı - 4,8% olub: 

“Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib. 2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub. Keçən il investisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”.

Murad Əhməd