Baş nazir Bakıya gəlir

bas-nazir-bakiya-gelir
Oxunma sayı: 650

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə yanvarın 16-da Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, turizm, tikinti, səhiyyə, təhsil, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Biznes forum çərçivəsində Azərbaycan və Sloveniyanın iqtisadiyyatına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.