Baş Nazir BP qrupun rəhbəri ilə telefonla danışdı

bas-nazir-bp-qrupun-rehberi-ile-telefonla-danisdi
Oxunma sayı: 1904

Avqustun 11-də Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.