Böyük Britaniyanın baş naziri Tereza Meyin Keyptaunda məktəblilərlə rəqsi maraqla qarşılanıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasına (CAR) üçgünlük rəsmi səfər edən nazirin rəqs hərəkətləri çoxlarını təəccübləndirib.
Ancaq sosial şəbəkə istifadəçilərinin Meyin rəqsinə münasibəti də birmənalı olmayıb. Bəziləri onu robota bənzədib, bəziləri isə “dəhşət” adlandırıb.
Son xəbərlər
Son Xəbərlər