Baş nazir istefa səbəblərini açıqladı

bas-nazir-istefa-sebeblerini-aciqladi
Oxunma sayı: 632

Prezident Administrasiyasının məlumatında deyilir ki, Mario Monti yaxın vaxtlarda əmin olmalıdır ki, bütün siyasi qüvvələr büdcənin qəbuluna səs verməyə hazırdırlar. “Bundan dərhal sonra baş nazir Nazirlər Şurası ilə məsləhətləşmələr aparacaq və istefa ərizəsini prezidentə təqdim edəcək”, - məlumatda bildirilir.

Mario Monti əmin olduğunu bildirib ki, siyasətdə yaranmış böhranın təkcə İtaliya üçün yox, həm də bütün Avropa üçün ciddi nəticələri olacaq.

Xatırladaq ki, bu həftə “Azadlıq xalqı” iri parlament partiyası hökumətə etimad səsverməsində iştirakdan imtina edib və hazırkı hökuməti dəstəkləmək niyyətindən olmadığını nümayiş etdirib. Məsələyə prezident müdaxilə etməli olub. O, cümə günü parlamentin hər iki palatasının sədrləri və siyasi qüvvə liderləri ilə görüşüb. Ötən gün axşam isə dövlət başçısının baş nazirlə görüşü olub.