Baş Nazir Əli Əsədov xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.
Həmçinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “1 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib.
Son xəbərlər
Son Xəbərlər