Baş nazir korrupsiyada ittiham olunur

bas-nazir-korrupsiyada-ittiham-olunur
Oxunma sayı: 642

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Ali məhkəməsi hökm çıxarıb. Bundan əvvəl Gilani ölkənin bir sıra mühüm şəxsləri, o cümlədən prezident Asif Zardari, DİN-i Rəhman Malikə və bir çox yüksəkvəzifəli siyasətçi və dövlət məmurlarına qarşı başlayan bütün korrupsiya işlərinə baxılmasının dayandırılması ilə bağlı fərman vermişdi. Həmin fərmandan çıxış edən məhkəmə Gilaninin də korrupsiyada iştirak etdiyini qərara alıb.

Pakistan tarixində ilk dəfə olaraq hökumət başçısı qanunvericiliyinə əsasən günahkar elan edilir. Gilani isə günahını etiraf etməyib.

Ali məhkəmənin bu işlə bağlı növbəti toplantısı fevralın 22-nə təyin edilib. Lakin hökumət başçısının vaxtından əvvəl istefa edəcəyi də istisna edilmir.

Səidə