Tayvanın baş naziri Uilyam Lay sabah Nazirlər Kabineti ilə birgə istefaya gedəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, baş nazir, həmçinin, bildirib ki, Tayvan administrasiyasının rəhbəri Çay İnven yaxın vaxtlarda adanın yeni baş naziri və aparıcı nazirlərinin təyinatı ilə bağlı məlumat verəcək.
Tayvan baş nazirinin gedişi gözlənilən idi. Belə ki, Uilyam Lay istefa ərizəsini hələ ötən ilin noyabrında, Demokratik İnkişaf partiyası yerli seçkilərdə uduzduqdan sonra yazmışdı. Lakin o vaxt istefası Çay İnven tərəfindən qəbul edilməmişdi.
Son xəbərlər
Son Xəbərlər