Baş nazir Poroşenkonun partiyasını tərk etdi

bas-nazir-porosenkonun-partiyasini-terk-etdi
Oxunma sayı: 1279

Ukraynanın baş naziri Vladimir Qroysman “Petro Poroşenkonun bloku”nu tərk edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, “ICTV” telekanalında yayımlanan “Söz azadlığı” proqramında  bildirib.

Qroysman növbəti parlament seçkilərində öz siyasi qüvvəsi ilə iştirak edəcəyini açıqlayıb: “Mən növbəti siyasi fəaliyyətimdə ştatdankənar olmaq istəmirəm. Əksinə, daha aktiv olacam, ideyalarımı həyata keçirmək uğrunda mübarizə aparacam”.

Qeyd edək ki, Ukraynada erkən parlament seçkiləri cari ilin 27 oktyabrında keçiriləcək.

Xatırladaq ki, P. Poroşenko aprelin 21-də prezident seçkilərində 24,46 faiz səslə Vladimir Zelenskiyə məğlub olub.