Baş nazir qazdan danışdı

bas-nazir-qazdan-danisdi
Oxunma sayı: 642

Trend-in məlumatına görə, bunu cümə günü Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Milli Məclisin plenar iclasında Baş nazir Artur Rasizadə bildirib. Onun sözlərinə görə, 120 yaşayış məntəqəsinin qazlaşdırılması 90 min yeni abunəçini qazla təmin etməyə imkan verib. "2011-ci ildə neft strategiyasının reallaşdırılması və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üzrə əhəmiyyətli işlər görülüb. "Ümid" və "Abşeron" yataqlarında aparılan kəşfiyyat işləri nəticəsində zəngin karbohidrogen ehtiyatları aşkarlanıb", - Rasizadə qeyd edib.

Onun sözlərinə görə, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) xarici neft-qaz bazarlarına çıxaraq 2011-ci ildə beynəlxalq fəaliyyətini genişləndirib və bir sıra ölkələrdə investisiya qoyuluşları həyata keçirib. "Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün çox vacib addımlar atılıb", - Rasizadə deyib.

Onun sözlərinə görə, ölkənin kimya kompleksində istehsal həcmi 20% çox, məhsul ixracatı isə 1,5 dəfə artıb.