Baş nazir təyyarədə elçilik etdi - Video

bas-nazir-teyyarede-elcilik-etdi-
Oxunma sayı: 2424

Türkiyənin Baş naziri Binəli Yıldırım təyyarədə telefon vasitəsilə elçilik edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, maraqlı olay baş nazirin Şimali Kiprdən qayıtdığı təyyarədə yaşanıb. Belə ki, B.Yıldırım Yücəl Çaxmaq adlı gəncə elçilik edib. O, gənc oğlanın sevdiyi xanımın atasına zəng edərək “Qızınız Betülü oğlumuz Yücələ istəyirik”,-deyib. Maraqlı elçilik mərasiminə qızın atası “Nəsib olsun deyək, nazirim”,- cavabını verib.

Aysel Kərimova