"Qafqazinfo" xəbər verir ki, Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub.
1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
1996-cı ilin may ayından Azərbaycan Respublikası baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə baş nazir, 2003-cü ilin avqust - noyabr aylarında baş nazirin birinci müavini vəzifələrində işləyib.
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının baş naziridir.
Ailəlidir, bir övladı var.
Son xəbərlər
Son Xəbərlər