Baş nazirdən bu tibb işçilərinin əməkhaqlarına əlavələrlə bağlı - Qərar

bas-nazirden-bu-tibb-iscilerinin-emekhaqlarina-elavelerle-bagli
Oxunma sayı: 2251

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il yanvarın 1-dək veriləcək.

Qeyd edək ki, əvvəlki qərarla bu müddət 2021-ci il noyabrın 1-dək olan dövrü əhatə edirdi.