“Qafqazinfo” xəbər verir ki, təqdiq olunmuş qaydalarda bildirilir ki, bu qayda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanıb və turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.
Turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında 1 (bir) ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malikdirlər. Akkreditasiyadan keçmək üçün turizm şirkəti ərizə ilə Nazirliyə müraciət etməlidir.