Baş nazirdən Zəngilan aeroportu ilə bağlı qərar

Baş nazirdən Zəngilan aeroportu ilə bağlı qərar
Oxunma sayı: 3046

Nazirlər Kabineti 10 sentyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zəngilan şəhəri) əlavə edilib.