“Qafqazinfo” daily mail-ə istinadən xəbər verir ki, matəmdə Serbiyanın baş naziri Aleksandar Vuçiç də iştirak edib. Srebrenitsa abidəsinə çiçək qoyan baş nazirə ayaqqabı, daş və şüşə atılmağa başlanılıb. Aleksandar Vuçiç eyni zamanda matəm iştirakçılarının arasından keçərkən dəhlizdə təpiklərə məruz qalıb, onun eynəyi sınıb. Mühafizəçilər baş naziri çətir və çantalarla qorumağa çalışıb.
Mövzuyla əlaqədar Sebriya xarici işlər naziri Ivica Daciç açıqlama verib. O, baş nazirin tam bir dövlət adamı kimi hərəkət etdiyini, bu məsələnin siyasiləşməsinin mənasız olduğunu bildirib.
Qeyd edək ki, 1995-ci il iyulun 11-də Bosniyadakı üç illik müharibədən sonra serb qoşunu müsəlman anklavında minlərlə insanı qətlə yetiriblər.
Son xəbərlər
Son Xəbərlər