Baş naziri güllələyən yazıçı məhkəmədə etiraf etdi - Yenilənib

bas-naziri-gulleleyen-yazici-mehkemede-etiraf-etdi
Oxunma sayı: 6417

Slovakiya Baş naziri Robert Fitsonu güllələyən yazıçı Yuray Çintulanın məhkəməsi keçirilir.

“Qafqazinfo” SME portalına istinadən xəbər verir ki, cinayətkar bu dəqiqələrdə məhkəməyə gətirilib.

Xatırladaq ki, mayın 15-də Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib.

***

71 yaşlı yazıçı Yuray Cintula prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxılan ilk məhkəmə iclasında sui-qəsd etdiyini etiraf edib.

Qeyd edək ki, yazıçı mayın 15-dən istintaq təcridxanasındadır.

Fotoda: Yuray Çintula