Ukrayna Ali Radası qarşısında hökumət və baş naziri istefaya göndərmək tələbi ilə mitinq keçirilir.
“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, meydana 300-ə qədər insan toplaşıb. Onlar “hökumət-istefaya!”, “Yatsenyuk –barmaqlıqlar arasına!” kimi şüarlar səsləndiriblər.
Eyni zamanda, “Petro Poroşenkonun Bloku” da baş nazir Arseniy Yatsenyukun istefaya göndərilməsi üçün deputatların imzasını toplamağa başlayıb. Artıq 70 imza əldə edilib. Hökumətə inamsızlıq məsələsinin müzakirəsi üçün 150 imza toplamaq lazımdır.

Son xəbərlər
Son Xəbərlər