Baş Nazirin olduğu mərasimə silahlı hücum - 29 ölü, 61 yaralı+ Yenilənib

bas-nazirin-oldugu-merasime-silahli-hucum
Oxunma sayı: 2349

Kabildə Həzaraların (Əfqanıstan əhalisinin 9%-ni təşkil edən, farsdilli, türk-monqol əsilli xalq) sabiq lideri Əbdül Əli Məzarinin vəfatının ildönümü münasibətilə təşkil edilən anım mərasiminə silahlı hücum təşkil olunub.

“Qafqazinfo” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, mərasimdə Baş Nazir Abdulla Abdulla daxil olmaqla bir sıra siyasi liderlərin də iştirak etdiyi məlum olub.

Baş Nazirin hücumdan zərər çəkmədiyi bildirilir.

Qeyd edək ki, hücumun təşkilində “Taliban” şübhəli bilinsə də, terror təşkilatı bu iddianı təkzib edib.

***

“RIA Novosti” xəbər verir ki, atışma nəticəsində 23 nəfər ölüb, daha 33 nəfər isə xəsarət alıb. 

Ölən və yaralıların sayının artacağı istisna edilmir.

*** 

Ölənlərin sayı artaraq 29 olub. 61 nəfər isə yaralanıb.